Bağ gülləri

Bağ güllərinin  insan qayğısına ehtiyacı var. Qayğısız onlar quruyur, solur və məhv olurlar. Amma bağ güllərinə yaxşı qulluq etsəniz,  vaxtı-vaxtında onlara su versəniz, gübrə verib bağlasanız, onlar uzun müddət öz  rəng  parlaqlığı və gözəlliyi ilə göz  oxşayacaq.

 

Tapşırıq Bax gör,  sənin də bağında necə gözəl güllər bitə bilər.



Otaq bitkiləri


Lap qədimdən  insanlar bitkiləri öz evlərində yetişdirirlər. Əvvəllər otaqda qış vaxtlarında  ancaq müalicəvi bitkilər yetişdirirdilər, daha sonra isə dekorativ  bitkilər də otaqları bəzəməyə başladı.
Bir çox otaq  mənşəli bitkilərin vətəni - isti ölkələrdir.

 

Tapşırıq Hansı otaq bitkilərini tanıyırsan?

Sən ev güllərinin  həmişə sağlam və gözəl olmasını istəyirsən? Otaq bitkilərinin səninlə birlikdə  açılan hər səhərə sevinməsini istəyirsənsə, onda onlara yaxşı qulluq etməlisən. Bunun üçün aşağıdakı sadə qaydalara əməl etməlisən:

  1. Bir çox otaq bitkiləri işığı sevir, ona görə də  onları pəncərəyə yaxın qoymaq lazımdır.
  2. Dibçəkdəki torpaq qurumamalıdır, o, həmişə biraz nəm olmalıdır.
  3. Bitkilər soyuq suyu sevmir. Onları otaq temperaturunda olan su ilə  sulamaq lazımdır.
  4. Yayda bitkilər çoxlu su tələb edir, ona görə onları günaşırı yaxud da  hər gün sulamaq lazımdır. Qışda isə onlara 5-7 gündə 1 dəfə su vermək kifayətdir.
  5. Suladıqdan sonra torpağı çox ehtiyatla “boşaltmaq”  lazımdır ki, bitkinin kökünə hava keçsin.

 

 Baxıldı:1168

 

Şərhlər